Menu Close

Haqqımızda

Gənclərin Səsi Radiosunun məqsədi gənclərə aid olan və onları narahat edən məsələləri  yeni media imkanlarının vasitəsi ilə peşəkar, dəqiq, qərəzsiz, vicdanlılıq prinsipini əsas tutaraq ictimaiyyətə  çatdırmaqdır.

Radiomuz  podcastinq prinsipi ilə fəaliyyət göstərir. Verlişlərimiz əvvəlcədən hazırlanmış sujetlərdən və canlı yayımlardan ibarətdir.

Gənclərin Səsi Radiosu Azərbaycanda peşəkar radio jurnalistikaya yeni media alətlərinin köməkliyi ilə ilk dəfə canlı yayımlanan səyyar verlişləri gətirir. Bu verlişlər  imkan verir ki, qonaq studioya deyil studio qonağın ofisinə getsin.

Gənclərin Səsi Radiosu radio jurnalist olmaq istəyən tələbələrə və gənclərə  təcrübə keçmək imkanı yaradır.  Arzu edənlər öz cv və maraq məktublarını  cv(at)genclerinsesi.org unvanina  “təcrübə proqramı” başlığı ilə göndərə bilərlər.

Əgər Sizi narhat edən məsələrin radiomuzda işıqlandırılmasını istəyirsinizsə əlaqə bölməsinə daxil olaraq bu haqda bizə məlumat verə bilərsiniz.

 

Gəncləri Səsi radiosunun efirlərində dinlədiyiniz jingle 5:59 rok qrupunun üzvləri Elçin Ağayev və Seymur Əliyev tərəfindən hazırlanıb. 5:59 rok qrupunu 2011-ci il oktyabr ayında Elçin Ağayev yaradıb. Janri-Rock / Hard Rock / Classic Rock / Anatolian Rock / Hard & Heavy.